Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunacaq IV qrupunun son turunda keçiriləcək hər iki oyunun başlanma vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, UEFA hər iki matçın 30 dəqiqə gec başlamasını məqsədəuyğun sayıb.
Buna görə də Danimarka – Belçika və Ukrayna – Azərbaycan qarşılaşmaları əvvəlcədən xəbər verildiyindən yarım saat gec start götürəcək. Millimiz 21:00-da deyil, 21:30-da meydana çıxacaq. Digər görüş isə 18:30-da başlayacaq.
18 mart
18:30. Ukrayna –Danimarka
21:00. Azərbaycan – Belçika
19 mart
18:30. Belçika – Ukrayna
21:00. Azərbaycan –Danimarka
21 mart
19:00. Danimarka –Belçika
21:30. Ukrayna – Azərbaycan