Yığmamızın rəqibi Rumıniya ilə qarşılaşacaq
06.02.2015 - 20:41
Türkiyədə təlim-məşq toplanışında olan Bolqarıstan yığması hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi toplanış çərçivəsində yoxlama görüşü keçirəcək.
Belə ki, İvaylo Petevin yetirmələri Rumıniya ilə qarşılaşacaq. Matç sabah baş tutacaq.
Qeyd edək ki, millimiz ötən il Bakıda AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığmasına 1:2 hesabı ilə məğlub olmuşdu.
0
0