Yığmamızın rəqibinin hücumçu problemi
30.10.2015 - 09:31
Yığmamızın rəqibinin hücumçu problemi

“Yığmamızın futbolçuları bərabər səviyyəlidi. Lakin hazırda yaxşı hücumçumuz yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib.

 

O, noyabrın 17-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Moldova yığmasının problemlərini açıqlayıb. Çebanu bu ölkənin vətəndaşlığını alan, lakin Moldovada yaşamasının 5 ili tamam olmadığından yığmaya kömək edə bilməyən Luvannor Enrikeni də tərifləyib: “Yaxşı hücumçumuz olmadan yaxşı nəticə qazanmaq olmaz. Millimizdə oyunun taleyini tək həll edə bilən braziliyalı Luvannor Enrike kimi oyunçu olsaydı, başqa məsələ. Əminəm ki, belə olsaydı, İsveçlə qrup üçüncülüyü uğrunda mübarizə apara bilərdik. Enrike hər dəfə Kişinyova gələndə federasiyaya baş çəkir. Onunla həm moldovan, həm rus dilində danışırıq. Hiss olunur ki, düşüncəli insandı”.

 

Qeyd edək ki, Azərbaycan – Moldova oyunu Bakı Olimpiya stadionunda baş tutacaq.

0