Yığmamızın sabiq futbolçusu üçün yeni təyinat
19.06.2014 - 12:59
Yığmamızın sabiq futbolçusu üçün yeni təyinat

2014/2015 mövsümüə hazırlaşan “Sumqayıt”da növbəti təyinat reallaşıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisinin sabiq müdafiəçisi İlham Yadullayev əsas komandada Aqil Məmmədovun köməkçisi təyin olunub.

38 yaşlı mütəxəssis 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, karyerası ərzində "Neftçi", "Şəmkir", "Volın", "Tavriya", "Kəpəz" və "Karvan"da çıxış etmiş Yadullayev 1998-2004-cü illər ərzində 35 dəfə Azərbaycan millisinin formasını geyinib.