Yığmamızın sabiq futbolçusu üçün yeni vəzifə
02.06.2014 - 14:00
Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov yenidən “Sumqayıt”a qayıdıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötən mövsüm karyerasını başa vuran yarımmüdafiəçi komandada baş menecer vəzifəsində çalışacaq.
Sultanov əsas, əvəzedici və akademiya üçün seleksiya işləri aparacaq, futbolçu transferləri ilə məşğul olacaq.
Qeyd edək ki, Sultanov 2012/2013 mövsümündə futbolçu kimi “Sumqayıt”da oynayıb (16 oyun,1 qol).
0
0