Yoahim Löv “Real”ı çalışdıracaq?
16.02.2015 - 18:38
Yoahim Löv “Real”ı çalışdıracaq?

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Madrid “Real”ını çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı 2016-cı ildə “qalaktikos”un sükanı arxasına keçməyə əsas namizəddi.

 

Belə ki, Lövün Almaniya millisi ilə müqaviləsinin müddəti AÇ-2016-dan sonra başa çatacaq. Onun Bundestimlə yeni sözləşmə imzalamayacağı və Madridə köçəcəyi gözlənilir.

 

Qeyd edək ki, Löv məşqçilik fəaliyyəti ərzində heç vaxt İspaniyada işləməyib. 2004-2006-cı illər ərzində Almaniya yığmasında köməkçi-məşqçi funksiyasını yerinə yetirmiş 55 yaşlı məşqçi 2006-cı ildən Bundestimə başçılıq edir.