Yoahim Löv: Ronaldonu dayandırmaq gücündəyik
06.06.2014 - 00:47
Yoahim Löv: Ronaldonu dayandırmaq gücündəyik

 

Almaniya millisinin baş məşqçisi Yoahim Löv dünya çempionatından öncə verdiyi açıqlamada Portuqaliya millisinin lideri Kriştiano Ronaldonu fantastik futbolçu hesab etdiyini bildirib. Apasport.az saytının məlumatına görə, bununla yanaşı, almaniyalı mütəxəssis futbolçularının Ronaldonun qarşısını ala biləcəklərini vurğulayıb.

 

Löv Portuqaliyanı güclü rəqib hesab etdiyini deyib: “Portuqaliya güclü komandadır. Kriştiano Ronaldo fantastik oyunçudur. Amma bizim onun qarşısını almaq üçün oyunçularımız və üsullarımız var”.

 

Qeyd edək ki, Almaniya millisi Braziliyada Portuqaliya, Qana və ABŞ-la bir qrupda oynayacaq.