“Fənərbaxça” klubunun futbolçusu Cozef Yobo Fransaya qarşı oyununda meydana çıxaraq, Nigeriya millisinin dünya çempionatlarında keçirilən oyunların sayına görə rekordunu təzələyib. Apasport.az saytının məlumatına görə, müdafiəçi yığmanın heyətində 10-cu oyununa çıxıb.
Buna qədər Yobo və yarımmüdafiəçi Cey-Cey Okoça millinin heyətində eyni sayda - 9 oyun keçirmişdilər. Amma futbolçu bundan sonra yeni rekord qırmayacaq. Yobo Nigeriya millisinin heyətində çıxışlarını başa vurmaq qərarına gəlib: “Əlbəttə, mən Nigeriya millisinin heyətində sonuncu oyunumun başqa cür olmasını istəyirdim. İndi mənim ailəmin mənə ehtiyacı var. Bu, uzun bir yol idi”.
Beləliklə, dünya çempionatının 1/8 finalındakı oyun müdafiəçi üçün sonuncu olub.