UEFA kubokunun sabah keçiriləcək III yer uğrunda oyunu Azərbaycan futzalı üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Araz”ın Qazaxıstan “Kayrat”ı ilə “Sərhədçi” Olimpiya İdman Kompleksindəki qarşılaşması təmsilçilərimizin bu yarışda 60-cı matçı olacaq.
İndiyədək Azərbaycan çempionları UEFA kubokunda 31 qələbə qazanıb, 12 heç-heçə edib və 16 dəfə uduzub. Futzalçılarımız rəqib qapılarından 227 top keçirib və 162-ni buraxıblar.
Qeyd edək ki, ölkəmizi avrokuboklarda 3 komanda təmsil edib. UEFA kubokunda “Turan AİR” 8, “AMMK-Azərsell” 3, “Araz” 48 qarşılaşma keçirib.