Çempionlar Liqasında mübarizəni dayandıran “Barselona” rəhbərliyi baş məşqçi Herardo Martinonu istefaya göndərə bilər. Apasport.az xəbər verir ki, İspaniya çempionatının hesabat turunda “Qranada”ya 0:1 hesabı ilə məğlubiyyətdən sonra rəhbərlik argentinalı mütəxəssisi tutduğu postdan göndərməyi planlaşdırır.
İspaniya mətbuatının yazdığına əsasən, onun yerinə əsas namizəd Yurgen Kloppdur. Dortmund “Borussiya” ilə bir çox uğurlar qazanan almaniyalı məşqçinin də Kataloniya klubunun “sükanı arxası”na keçməyə razı olduğu bildirilir.
Artıq danışıqlar davam edir və çox güman, növbəti mövsümdən ispan nəhəngini almaniyalı mütəxəssis çalışdıracaq.