“Çox şadam ki yenidən təmiz rus ifadələri eşidirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Mordoviya” klubunun baş məşqçisi Yuri Syomin deyib.
2013/14 mövsümündə “Qəbələ”ni çalışdıran mütəxəssis Rusiya çempionatında yeni mövsümün ilk turundan sonra müsahibə verib. Syomin yenidən vətənində çalışmasından məmnunluğunu qeyd edib: “Düzdür, Kiyev “Dinamo”su və Azərbaycan “Qəbələ”sində də işləmək üçün hər cür əla şərait var idi. Mən orada da özümü yad kimi hiss etmirdim. Amma Rusiyada daim azarkeşlərin əhatəsindəyəm. Onlardan “Palıç, işlər necədir?” ifadəsini eşitmək çox xoşdur”.