“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya Premyer Liqasının XXVIII turunda "Zenit"lə qarşılaşacaq "Lokomotiv"in şanslarını dəyərləndirib. Apasport.az xəbər verir ki, tanınmış mütəxəssis “dəmiryolçular”ın qalib gələ biləcəyini deyib: "Düşünürəm ki, oyun gərgin və məsuliyyətli keçəcək. Futbolçuların oyuna köklənməsi yüksək səviyyədə olmalıdı. Matçın baxımlı olub-olmayacağı zövq məsələsidi. Bəziləri 0:0, 1:1, bəziləri isə 3:3 hesabını sevir. "Lokomotiv" komanda oyunu və fiziki hazırlığına görə rəqibindən üstündü. Meydanda da əsas rolu komanda oyunu oynayacaq. Bugünkü gündə "dəmiryolçular" "Zenit"dən heç nədə geri qalmır və ona qalib gələ biləcək gücdədi. Leonid Kuçukun komandasının primitiv futbol oynamasıyla bağlı səslənən fikirlərlə razı deyiləm. Onlar həm müdafiədə, həm də hücumda yaxşı oynayırlar. Bu onların əsas silahıdı. Mən münəccim deyiləm, bazar günü baş tutacaq oyunun nəticəsini dəqiq deyə bilmərəm. Ancaq "Lokomotiv" mənim daha çox xoşuma gələn komandadı".