Yuri Syomin: Qarşıya qoyulan məqsədə çatdıq
07.05.2014 - 19:14
Yuri Syomin: Qarşıya qoyulan məqsədə çatdıq

 

“Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin Avropa Liqasına vəsiqəni təmin edən qələbədən sonra jurnalistlərə açıqlama verib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis ilk hissədə yaxşı oynadıqlarını bildirib: “İki top fərqi ilə irəli çıxdıq. İkinci hissədə isə futbolçular niyəsə hesabı qorumağa çalışırdılar. Buna görə keyfiyyətli oyun göstərə bilmədi. Bütün deyilənlərə baxmayaraq, komanda qarşısına qoyulan məqsədə çatdı, Avropa Liqasına vəsiqə qazandı. Qarşıda daha iki oyunumuz var. Kubokun finalına da hazırlaşacağıq. Futbolçuları və klub rəhbərliyini bu uğurla təbrik edirəm. Möcüzə olmur. Birdən-birə yaxşı nəticə qazanmaq olmur. Müəyyən səhvlər olurdu, ona görə alınmırdı. Zirvədə olan komandalar mövsüm boyu daha yaxşı oynayırdı, heyətləri daha stabil idi. Ötən illə müqayisədə 10 yeni futbolçumuz var. Bu cür heyət dəyişikliyi ilə ilk ildə çempion olan komanda tanımıram”.