“İlk oyunda yaxşı nəticə qazandıq. Səfərdə əldə olunan qolsuz heç-heçədən evdə istifadə edə bilərik”. Bu sözləri apasport.az saytına açıqlamasında Gürcüstanın “Çixura”nın müdafiəçisi Zaza Nadiradze deyib.
O, sabah Avroliqanın III təsnifat mərhələsində keçiriləcək “Neftçi” ilə oyundan danışıb. Zədə səbəbindən Tiflisdə baş tutacaq cavab görüşünə çıxa bilməyəcək Nadiradze komandasının 2:1 hesabı ilə qələbə qazanacağını proqnozlaşdırır: “Düşünürəm ki, hazırda üstünlük bizim tərəfimizdədir. Evdə doğma azarkeşlərimiz önündə oynayacağıq. Bundan istifadə etməyə çalışacağıq. Fikrimcə, bu oyunda “Çixura” 2:1 hesablı qələbə qazanacaq və növbəti mərhələyə adlayacaq”.