“Milan” futbol klubunun keçmiş baş məşqçisi Klarens Zeedorfa istefaya göndərildiyi barədə xəbər orijinal üsulla çatdırılıb. Apasport.az saytının məlumatına görə, “Milan” rəhbərliyi baş məşqçi ilə görüşməyə belə ehtiyac görməyərək, ona istefası barədə elektron poçt vasitəsilə bildiriş göndərib.
Maraqlıdır ki, klub administrasiyası Hollandiyalı mütəxəssisə məvacibini belə ödəməyə hazırlaşmırmış. Amma son nəticədə Zeedorfun məvacibinin ödənilməsi barədə qərar qəbul olunub.
Xatırladaq ki, iyunun 9-da komandanın keçmiş oyunçusu Filippo İndzaqi “Milan”ın yeni baş məşqçisi təyin edilib. Onun müqaviləsi 2016-cı il iyunun 30-na kimi nəzərdə tutulub.
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi
- 37 yaşlı qapıçı “Yuventus”da - RƏSMİ