“Milan” futbol klubunun rəhbərliyi baş məşqçi Klarens Zeedorfla yollarını ayırmaq istəyir. Apasport.az saytının məlumatına görə, rəhbərlik müqaviləni pozan zaman hollandiyalı mütəxəssisi kompensasiyasız qoymaq istəyir.
“CNN” telekanalının məlumatına görə, “rossionerlərin” nümayəndəsi bunun üçün hüquqşünasa da müraciət edib. Hüquqşünas onlara Zeedorfu kompensasiyasız necə qovmaq mümkün olduğunun yollarını göstərməlidir. Müqavilənin pozulmasının əsas səbəbi kimi isə Klarensin rəhbərliyin icazəsi olmadan geniş müsahibə verməsi göstərilir. Bundan əlavə, hollandiyalı mütəxəssisin klubun vitse-prezidenti Adriano Qalliani ilə münasibətlərinin son dərəcə pis olduğu da vurğulanır.
38 yaşlı Klarens Zeedorf yanvarın 16-da baş məşqçi postunda Massimilliano Alleqrini əvəz edib. “Milan” Zeedorfun başçılığı altında ilk oyunlarda uduzmaqda davam etsə də, son turlar vəziyyətini düzəldib və bir neçə ardıcıl qələbə qazana bilib.