Zidan “Real”da qaldı
09.06.2014 - 03:49
“Real Madrid”in məşqçisi Zinəddin Zidan qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis komandada qaldığını vurğulayıb.
Qeyd edək ki, baş məşqçi Karlo Ançelottinin köməkçisi “Bordo”nun yeni baş məşqçisi kimi nəzərdən keçirilirdi. Amma sonda danışıqlar dayandırılıb. Zidan “Real”la yola davam etdiyini bildirib: “Hazırda “Real”dayam və bu klubla işimi davam etdirəcəyəm. Sonra nə olacaq? Nə olacağına sonra baxarıq”.
Xatırladaq ki, fransalı Zinəddin Zidan kral klubunun məşqçilər heyətinə 2013-cü ildən qatılıb.
0
0