Zidan: Benzema “Real”ın kapitanı ola bilər
15.06.2014 - 17:31
Zidan: Benzema “Real”ın kapitanı ola bilər

 

“Real Madrid”in keçmiş oyunçusu Zinəddin Zidan həmyerlisi Kərim Benzema barədə danışıb. Apasport.az saytının məlumatına görə, hazırda Madrid klubunun məşqçisi olan fransalı mütəxəssis Benzemanın bir gün “Real”ı kapitan kimi oyuna çıxaracağına inandığını bildirib.

 

Zidan buna şad olacağını qeyd edib: “Kərim çox danışmayan, əvəzində isə gərgin işləyən və reallıqla əlaqəni kəsməyən futbolçulardandır. İndi o, daha bir pilə yuxarı qalxmalıdır. Mən istəyirəm ki, Fransa millisində olduğu kimi, “Real”da da komandanı arxasınca aparsın”.