Zidan: Futbolçum rəqibə kəllə atsa…
15.07.2014 - 02:44
Zidan: Futbolçum rəqibə kəllə atsa…

 

Zinəddin Zidan 8 il öncə əvvəlki məşhur hərəkətini yada salıb. Apasport.az saytının məlumatına görə, əfsanəvi fransalı futbolçu 1994-cü il dünya çempionatının finalında İtaliya millisinin futbolçusu Marko Materassini kəllə ilə vurub.

 

Zidan bu hərəkətinə görə qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Azlıqda qalan Fransa millisi isə finalda uduzaraq, dünya çempionu titulunu qazana bilməmişdi.

 

Zidan onun futbolçusunun belə bir addımına mümkün reaksiyası barədə danışıb: “Mən məşqçi olaraq futbolçumun belə bir addımına necə reaksiya verərdim? Əlbəttə ki, məyus olardım. Amma futbolçuya qarşı kəskin olmazdım. Onun bu hərəkəti niyə görə etdiyini anlamağa çalışardım və onu dəstəkləyərdim”.