Zidan: Heç bir komanda ilə danışıqlar aparmıram
08.05.2014 - 06:53
Zidan: Heç bir komanda ilə danışıqlar aparmıram

 

Zinəddin Zidan “Bordo” və ya “Monako”nun baş məşqçisi olacağı barədə xəbərləri təkzib edib. Apasport.az saytının məlumatına görə, Karlo Ançelottinin köməkçisi heç bir komandaya keçməyə hazırlaşmadığını bildirib.

 

“Mənim ətrafımda həmişə olduğu kimi şayiələr baş alıb gedir. Amma mən bu şayiələrə reaksiya vermirdim. İndi isə cavab verməyə məcburam. Mənim heç bir klubla əlaqəm olmayıb. Mənim ancaq “Real”la təmasım var və hazırda diqqətimi də bu komandaya yönəltmişəm” – deyə, Zidan vurğulayıb.