Zlatan İbrahimoviç cəzalandırıldı
20.02.2015 - 10:00
Zlatan İbrahimoviç cəzalandırıldı

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç diskvalifikasiyaya məruz qalıb. Apasport.az saytı xəbər verir ki, isveçli forvard “Sent-Etyen”lə qarşılaşmadakı kobud hərəkətinin qurbanı olub.

 

Zlatan yanvarın 26-da keçirilən görüşün son saniyələrində rəqib futbolçu Romen Amumanı qəsdən vurduğu üçün sarı vərəqə almışdı. Yerli Nizam-İntizam Komitəsi Paris klubunun liderini 2 oyunluq cəzalandırıb. Bu da İbrahimoviçin martın 1-də Liqa 1, martın 4-də isə Fransa Kuboku çərçivəsində “Monako” ilə oyunları buraxacağı deməkdi.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsümdə Fransa çempionatında 11 qola imza atıb.