[b]Xorvatiya millisinin üzvü “İnter”lə anlaşdı[/b]
26.07.2018 - 19:45
“İnter” heyətini daha bir futbolçu ilə gücləndirməyə çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “neradzurra” “Atletiko”nun müdafiəçisi Şime Vrsalko ilə anlaşıb.
Tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədi. İlkin razılığa əsasən, Xorvatiya millisinin üzvü növbəti mövsümü icarə əsasında İtaliya klubunda keçirəcək və bu, “Atletiko”ya 8 milyon avro qazandıracaq. Həmçinin milanlılar gələn yay 17 milyon avroya onu birdəfəlik transfer etmək hüququna yiyələnəcəklər.
Qeyd edək ki, Şime Vrsalko “Atletiko”ya 2016-cı ildə “Sassuolo”dan keçib.
0
0