Yapon futbolçuya iki variant
08.12.2022 - 18:21
Yapon futbolçuya iki variant

Yaponiya millisinin futbolçusu Dayçi Kamada klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Ayntraxt”ın 26 yaşlı yarımmüdafiəçisi daha iddialı komandaların maraq dairəsindədir.

“Tottenhem”lə Dortmund “Borussiya”sı asiyalını heyətinə qatmaq istəyir. Hər iki klubu Kamadanın müqaviləsinin bitməsini gözləyir.

Onun frankfurtlularla anlaşması yayda başa çatacaq. “Borussiya” və “Tottenhem” həmin vaxt azad agent olacaq yaponiyalını ələ keçirmək istəyir.

Qeyd edək ki, Kamada Qətərdəki DÇ-2022-də 4 oyun keçirib.
 

0