Yaponiyada türk fırtınası
11.08.2024 - 17:41
Yaponiyada türk fırtınası

Türkiyədə "Beşiktaş", "Fənərbaxça" kimi klubların formasını geyinmiş Tolqay Arslan yeni komandası "Sanfrecce Hiroşima"da ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Yaponiya liqasının 26-cı turunda sonradan meydana daxil olan türkiyəli futbolçu dubl edərək komandasına qələbə qazandırıb.

0:0 hesabı davam edərkən 63-cü dəqiqədə meydana daxil olan futbolçu 78 və 85-ci dəqiqələrdə rəqib "Cerezo Osaka"nın qapı torunu havalandırıb.

"Hiroşima" bu qələbə ilə xalını 46-ya çatdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Komanda lider "Maçida"nın 3 xal gerisindədir.

Qeyd edək ki, Tolqay Arslan Yaponiyaya ötən ay Avstraliyadan gəlib. O daha əvvəl "Melbrun Siti"nin şərəfini qoruyurdu.

0