[b]“Yeganə hədəfimiz məğlub olmamaq idi” – “Kukesi”nin kapitanı[/b]
26.07.2018 - 00:32
[b]“Yeganə hədəfimiz məğlub olmamaq idi” – “Kukesi”nin kapitanı[/b]

“Qarabağ”la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında sonra jurnalistlərə açıqlama verən “Kukesi”nin kapitanı İliya Şameti maraqlı məsələlərə toxunub. Apasport.az saytı “sportekspress.com”a istinadən həmin açıqlamaları təqdim edir.

 

- Hesabdan məmnunsuz?

- “Qarabağ”a qarşı vacib heç-heçə əldə etdik. Çünki matçdan əvvəl tək hədəfimiz var idi ki, məğlub olmayaq. Onu da bacardıq.

 

- “Valetta” ilə oyundakı nəticəni təkrarlamaq mümkün olacaqmı?

- Hamımız buna ümid edirik. Yaxşı hazırlaşacağıq və Maltadakı kimi oyunu öz xeyrimizə başa vurmağa çalışacağıq. Əlimizdən gələni edib, gözləməliyik.

 

- Sanki şərab kimisiniz, yaşlandıqca daha yaxşı oynayırsınız...

- Klubum və mənim şərtlərim daxilində mümkün qədər çox oynamaq istəyirəm. Əgər siz məşq edirsiniz və maksimum gücünüzü meydanda qoyursunuzsa, futbolda yaşın bir əhəmiyyəti olmur.

 

- Bu gün sərt və çox oyunçulu müdafiə sxemi tətbiq edilmişdi. Özünüzü 3-lü müdafiədə necə hiss etdiniz?

- Arxada əlavə bir nəfər yenə var idi, amma yaxşı uyğunlaşa bildik. Deyə bilərik ki, rəqibə heç bir şans vermədik. Azərbaycanda da belə oynayacağımıza ümid edirik.

 

- Ansi Aqolli ilə görüşdünüz?

- Ansi kimi futbolçu ilə görüşmək çox xoşdu. Uzun illər milli komandanın formasını geyinib, komandanın kapitanı olub. Yaşına rəğmən hələ də yüksək səviyyədə çıxış edə bilir. Onun əlini sıxdım və dedim ki, Azərbaycanda görüşərik!

0