[b]Yenə darmadağın[/b]
06.06.2018 - 00:00
[b]Yenə darmadağın[/b]

Azərbaycan millisi tarixində 46-cı dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, hadisə hazırlıq matçına təsadüf edib.

 

Səfərdə Qazaxıstana 0:3 hesabı ilə uduzan komandamız 7 ay sonra acı məğlubiyyət yaşayıb.

 

Millimizi sonuncu dəfə darmadağına məruz qoyan Bundestim olmuşdu. Yığmamız ötən ilin oktyabrında Almaniyaya səfərdə 1:5 hesabı ilə yenilmişdi.

 

Millimizin darmadağınlarından 24-ü 3 top fərqilə olubsa, 22 dəfə daha acınacaqlı hesaba yenilmişik.

 

Yığmamız 9 dəfə 4, 6 dəfə 5, 4 dəfə 6 top fərqilə uduzub.

 

Qeyd edək ki, komandamızın hesabında 7, 8 və hətta 10 top fərqilə məğlubiyyətlər də var.