Sabah 2018-19 avrokubok mövsümünün ilk püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, həm Çempionlar Liqasında, həm də Avropa Liqasında ilkin mərhələnin cütlükləri müəyyənləşəcək.
Avropanın ən zəif reytinqli ölkələrinin klubları I təsnifat mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar. Çempionlar Liqasında 1, Avropa Liqasında isə 7 komanda növbəti mərhələyə adlayacaq və Azərbaycan klublarına potensial rəqib olacaq.
Format dəyişdirildiyindən, avrokubok tarixində ilk dəfə belə sistem tətbiq olunacaq və Azərbaycan klubları birinci püşkatmada yer almayacaq.
Çempionlar Liqasının ilkin mərhələsində 4 komanda 1 yer uğrunda “döyüşəcək”. Yeni formata görə, əvvəlcə iyunun 26-da yarımfinal görüşləri olacaq. Qaliblər 3 gün sonra final matçında üz-üzə gələcək və qələbə qazanan komanda adını I təsnifat mərhələsinə yazdıracaq. Həmin klub avtomatik olaraq Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibinə çevriləcək. Digər məğlub 3 komanda da avrokubokla vidalaşmayacaq. Belə ki, onlar I mərhələdə yeniləcək 15 komanda ilə birlikdə Avropa Liqasının II təsnifat mərhələsinə yollanacaqlar.
Avropa Liqasında isə 14 klub 7 cüt təşkil edəcək. İlk görüşlər iyunun 28-də, cavab qarşılaşmaları isə iyulun 5-də oynanılacaq. Burda da qaliblər I təsnifat mərhələsində təmsilçilərimiz “Qəbələ”, “Neftçi” və “Keşlə”nin potensial rəqibləri olacaq.
Çempionlar Liqası
Çempionlar yolu. İlkin mərhələ
Səpələnmişlər
“FK Santa Koloma” (Andorra)
“Linkoln” (Cəbəllütariq)
Səpələnməmişlər
“La Fiorita” (San-Marino)
“Drita” (Kosovo)
Avropa Liqası
İlkin mərhələ
Səpələnmişlər
“Birkirkara” (Malta)
“Trakai” (Litva)
“Avropa” (Cəbəllütariq)
“B36 Torshavn” (Farer adaları)
“Folqore” (San-Marino)
“Bala Taun” (Uels)
“Qzira Yunayted” (Malta)
Səpələnməmişlər
“Kevn Druids” (Uels)
“Sent Culia” (Andorra)
“Klaksvik” (Farer adaları)
“Sent-Jozef” (Cəbəllütariq)
“Enqordan” (Andorra)
“Priştina” (Kosovo)
“Tre Fiori” (San-Marino)