[b]“Yəqin ki, Rəşad Sadıqov milliyə qayıdar” - PFL prezidenti
27.07.2018 - 12:14
[b]“Yəqin ki, Rəşad Sadıqov milliyə qayıdar” - PFL prezidenti

“Ötənilki çempionatın sonu maraqlı keçsə də, nəticələrdən razı qaldığımı deyə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

Bu gün Topaz Premyer Liqasının 2018-19 mövsümünün püşkatma mərasimində çıxış edən Musayev klublarımızın avrokubokdakı çıxışını dəyərləndirib: “Avroliqaya vəsiqə qazanan komandalar bir ay qalmış hazırlığa başlayırlar. Ancaq klublar qışda artıq hazır olmalıdılar. Komandalarımızın builki zəif çıxışı da yayda edilən ciddi dəyişikliklərin nəticəsidi. İnanırıq ki, “Qarabağ” reytinqimizin artmasına kömək edəcək. Əvvəlki illərdə qlobal problem olmayıb. İnşallah, yenə olmaz. Reqlamentdə bir dəyişiklik edilməyib. I divizionda klubların sayı az olduğundan, əvəzediciləri onlarla birləşdirib, başqa reqlamentdə çempionat keçirəcəyik. İnanıram ki, bu format özünü doğruldacaq. Hazırda milli üçün oyunçu tapmaq heç asan deyil. Qurban Qurbanovla söhbət edəndə, deyir ki, özünüz bilirsiniz, bu sualı mənə niyə verirsiniz? Ruslan Abışov zədəlidi, müdafiədə bilinmir kim oynayacaq. Xahiş olunar, yəqin ki, Rəşad Sadıqov milliyə qayıdar. Aşağı yaş qruplarına diqqət ayrılmalıdı. Təəssüf ki, lazımınca işlər görülmür”.