İtaliya millisinin heyətinə yeni futbolçuların cəlb edilməsi planlaşdırılır.
Apasport.az saytının məlumatına görə, apenninlilər bir qrup legioneri milliləşdirməyə qərar verib.
Buna Mateo Reteqinin yığmadakı faydalı oyunu səbəb olub. Argentinalının milliləşməsinin uğurlu alındığını görən İtaliya Futbol Federasiyası bu prosesi kütləviləşdirir.
Baş məşqçi Roberto Mançininin komandasında görmək istədiyi legionerlər argentinalılardır. Bunlar “Zalsburq”dan Nikolas Kapaldo, “Boka Xuniors”dan Nikolas Valentini, “Atletiko Tukuman”dan İqnasio Puç, “İndependente”dən Tomas Potso, “Rosario Sentral”dan Cino İnfantino, “Nyuels Old Boyz”dan Xuan Sfortsa və Xusto Cani, “Lanus”dan Pedro de la Veqa, “Veles Sarsfild”dən Canluka Prestianni və “River Pleyt”dən Lukas Beltrandır.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI