[b]Yığmamızdan böyükhesablı qələbə[/b]
15.07.2018 - 00:04
Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz "Keşlə”nin əvəzedici komandası ilə qarşılaşıb.
U-19 bu matçda 4:0 hesabı ilə qələbə qazanıb. Yığmanın heyətində Emil Qasımov dubl edib, digər qolları isə Elvin Talıbov və Turan Vəlizadə vurub.
U-19 növbəti yoxlama oyununu iyulun 18-də keçirəcək. “Qəbələ”nin əvəzedici komandası ilə Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq.
0
0