[b]Yığmamızın futbolçusu Almaniya klubu ilə anlaşdı[/b]
12.06.2018 - 12:45
Almaniya klubu “Bohum” 3 gənc futbolçusu ilə peşəkar müqavilə bağlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, onlardan biri də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Barış Ekincierdi.
19 yaşlı futbolçu II Bundesliqa təmsilçisi ilə 2020-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb. Almanlar yarımmüdafiənin bütün xətlərində oynamağı bacaran Ekincierə böyük ümidlər bəsləyirlər.
Qeyd edək ki, “Rot-Veiss Essen”in yetirməsi olan Barış Ekincier “Bohum”a ötən ilin yayında keçib.
0
0