[b]Yığmamızın rəqibinin federasiya prezidenti vəfat etdi[/b]
09.06.2018 - 14:43
Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri vəfat edib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı federasiya rəsmi saytı vasitəsilə yayıb.
Bildirilir ki, 58 yaşlı futbol funksioneri bu gün dünyasını dəyişib. Onun ölümünün səbəbi ürəktutması göstərilir. Vokri 2008-ci ildə Kosovo Futbol Federasiyasının prezidenti seçilmişdi.
Qeyd edək ki, Kosovo yığması UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alır.
0
0