“Yuventus” Remsi ilə razılıq əldə etdi
28.06.2022 - 13:06
“Yuventus” Remsi ilə razılıq əldə etdi

“Yuventus” futbolçusu Aaron Remsinin şərtlərini qəbul edib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu uelsli yarımmüdafiəçi ilə müqaviləyə xitam vermək üçün onun tələbi ilə razılaşmaq məcburiyyətində qalıb.

Turinlilər bunun üçün futbolçuya 4 milyon avro ödəyəcək. 31 yaşlı böyük britaniyalı gələn il başa çatacaq anlaşmasının pozulması üçün məhz bu məbləği tələb edib. Klub rəhbərliyi ilik maaşı 7,3 milyon olan futbolçu ilə vidalaşmaq üçün şərti qəbul edib.

Qeyd edək ki, Remsi ötən mövsümün ikinci yarısını “Reyncers”də icarədə olub.

0