[b]“Yuventus” və “Milan” müdafiəçilərini dəyişirlər[/b]
25.07.2018 - 09:50
“Yuventus” Leonardo Bonuççini komandaya qaytarmaq niyyətindədi. Apasport.az saytının “Sky Sport Italia”ya istinadən məlumatına görə, hazırda bu barədə “Milan”la danışıqlar gedir.
Tərəflər hələlik Leonardonun konkret transfer məbləğini müəyyənləşdirməkdə çətinlik çəkirlər. “Yuventus”un müdafiəçisi Mattia Kaldaranın Bonuççi qarşılığında “Milan”a keçməsi də ehtimal daxilindədi.
Daha öncə 31 yaşlı futbolçunun Qonsalo İquainlə “barter” olunacağına dair xəbərlər yayılmışdı.
0
0