"Yuventus" yayda "Arsenal"ın yarımmüdafiəçisini almaq istəyir
09.02.2024 - 14:46
"Yuventus" yayda "Arsenal"ın yarımmüdafiəçisini almaq istəyir

"Yuventus" bu yay London "Arsenalı"nın yarımmüdafiəçisini almaq istəyir.

Apasport.az "Fichajes" nəşrinə istinadla xəbər verir ki, "qoca sinyora" Tomas Parteyi transfer etmək niyyətindədir.

Bundan əvvəl "Arsenal" rəhbərliyi yarımmüdafiəçini növbəti transfer pəncərəsində satmaq qərarına gəlib. “Topçular” qanalı futbolçunun tez-tez zədələnməsindən razı deyil.

Partey bu mövsüm İngiltərə çempionatında 4 oyun keçirib və fərqlənməyib. Qanalı 2020-ci ilin yayında "Atletiko Madrid"dən "Arsenal"a keçib.

 

0