“Yuventus” yeni transferini açıqlayır
12.06.2018 - 18:22
Moskva MOİK-inin yarımmüdafiəçisi Aleksandr Qolovin artıq bu gün “Yuventus”un oyunçusu ola bilər. Apasport.az saytının superscommesse.it-ə istinadən məlumatına görə, klub rəsmiləri transfer danışıqları üçün bir araya gəliblər.
Keçidin bu gün rəsmiləşməsi ehtimal daxilindədi. Qolovin özü artıq “Yuventus”a keçməyə razılıq verib. Transfer “qoca sinyora”ya 20 milyon avroya başa gələcək. Bununla yanaşı, 5 milyon avro bonus məbləği də nəzərdə tutulub.
Qeyd edək ki, Aleksandr Qolovin Rusiyada keçiriləcək dünya çempionatının ən yaxşı gənc futbolçularından biri hesab olunur.
0
0