[b]“Yuventus”da yeni qapıçı[/b]
08.06.2018 - 21:16
[b]“Yuventus”da yeni qapıçı[/b]

İtaliyanın “Yuventus” klubu yeni transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Turin klubu heyətinə qapıçı qatıb.

 

“Ağ-qaralar” “Cenoa”nın qolkiperi Mattia Perinlə 4 illik müqavilə imzalayıb. 25 yaşlı qapıçının keçid qiyməti 12 milyon avrodu. “Yuventus” bunu 3 il ərzində hissə-hissə ödəyəcək. Lakin Mattia yeni klubunda uğurla çıxış etsə, bu məbləğ 15 milyona qədər arta da bilər.

 

Qeyd edək ki, Perin A seriyasının son mövsümündə 38 oyun keçirib, 43 qol buraxıb.