[b]“Zirə” avtoqola sevindi[/b]
27.07.2018 - 21:21
Boluda təlim-məşq toplanışında olan “Zirə” bu gün üçüncü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin rəqibi Türkiyənin “Osmanlıspor” klubu olub.
Görüş Premyer Liqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Ankara təmsilçisinin futbolçusu Salih Zafer öz qapısına vurub.
Bundan əvvəl “Girəsunspor” (0:0) və “Əl-Xaritiyah”la (1:1) qarşılaşmış “Zirə” hər iki qarşılaşmadan bərabərliklə ayrılmışdı.
Qeyd edək ki, “Zirə” Bolu toplanışı çərçivəsində daha bir yoxlama matçı keçirəcək.
0
0