Növbəti mövsümə hazırlaşan “Zirə”nin yay fasiləsindəki planları bəlli olub. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, baş məşqçi Ayxan Abbasovun kollektivi iyunun 22-də Bakıda bir araya gələcək.
Komanda hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. İyulun 15-nə kimi davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda ayın 7-də əvəzediciləri ilə, 14-də isə “Sabah”la qarşılaşacaq.
Ayın 16-da istirahətə buraxılacaq “Zirə” 1 gün sonra Türkiyənin Bolu şəhərinə yola düşəcək. Bakılılar orda “Koru” oteldə məskunlaşacaq. İyulun 29-na kimi qonşu ölkədə məskunlaşacaq “Zirə” 4 yoxlama matçı keçirəcək. Qarşılaşmaların iyulun 18, 21, 24 və 28-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi hələ bəlli deyil.