[b]“Zirə”dən ilk transfer[/b]
12.06.2018 - 15:02
[b]“Zirə”dən ilk transfer[/b]

“Zirə” yay fasiləsinin ilk transferini reallaşdırıb. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt klubu İlkin Qırtımovla anlaşıb.

“Neftçi” ilə yollarını ayıran cinah müdafiəçisi yeni mövsümdən “Zirə”nin formasını geyinəcək. 28 yaşlı futbolçu yeni komandası ilə birillik müqavilə bağlayıb.

Qeyd edək ki, İlkin Qırtımov əvvəllər “Simurq” və “Keşlə”də də çıxış edib.