[b]Hakimlərə yeni tapşırıq: Bayrağı qaldırmayın[/b]
13.06.2018 - 01:51
[b]Hakimlərə yeni tapşırıq: Bayrağı qaldırmayın[/b]

DÇ-2018-in startı ərəfəsində hakimlərə yeni təlimat verilib. Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina açıqlayıb.

O bildirib ki, əsas tapşırıq yan xətt hakimlərinədi. Assistentlərə tapşırılıb ki, ofsaydla bağlı şübhələri olduğu zaman bayrağı qaldırmayıb, hücumdakı komandaya üstünlük versinlər. Amma həqiqətən oyundankənar vəziyyət varsa, bunu videotəkrar göstərəcək: “Əgər hakim bayrağı qaldırmırsa, bunun səhv olduğunu demək olmaz. Bunu onlara biz tapşırmışıq”.

Bu yenilik təhlükəli vəziyyətlər və qolların sayının artmasına səbəb olacaq. Çünki hamim səhvən hücumun qarşısını almayacaq. Ofsaydın olub olmamasına isə referinin videoassistenti cavabdehlik daşıyacaq: “Əgər laysman bayrağı qaldırmırsa, deməli qol olmaq ehtimalı var. Onun düzgün vurulub-vurulmamasını isə videotexnologiya müəyyənləşdirəcək. Amma əgər bayraq qalxsa, oyun dayandırılacaq və hücumda olan tərəf qol vura bilmədiyi üçün ədalətsizliklə üzləşəcək”.

Videotexnologiyadan 4 vəziyyətdə istifadə olunacaq. Mübahisəli qol, penalti təyin olunması, birbaşa qırmızının verilməsi, həmçinin vərəqənin kimə göstərilməsinə təkrarla baxılacaq. Təkrar stadionlardakı ekranlarla tamaşaçılara da nümayiş olunacaq. Lakin bu görüntü yalnız hakim qərar verdikdən sonra nümayiş etdiriləcək.
 

0