23 Noyabr 10:56 “Adamın çəkdiyi əziyyətə heyfi gəlir” – Dino Ndlovu
FUTBOL xəbərləri 23 Noyabr 10:56
4505 baxış

“Adamın çəkdiyi əziyyətə heyfi gəlir” – Dino Ndlovu

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi”yə 0:4 hesabı ilə uduzan “Qarabağ”ın legioneri Dani Ndlovu oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Hadisələrin bu qədər sürətlə cərəyan edəcəyini düşünürdünüzmü?

- Çox üzgünəm. İlk 20 dəqiqədə necə oynadığımızı gördüz. O cür də davam edəcəkdik. FİFA, ya da UEFA rəsmisi deyiləm deyə, hakimlərin bizə qarşı niyə bu cür davranmasını anlaya bilmirəm. Nə etmək istədiklərini başa düşmürük. Təbii ki, bizdən fərqli özləri nə etdiklərini yaxşı bilirlər. Fikir verin, son 3 oyunun hamısında komandamız azlıqda qalır.

 

- Son 3 oyunda matçı 11 nəfərlə tamamlaya bilmirsiniz. Bu nədən irəli gəlir?

- Yəqin kiçik klub olduğumuza görə. Həm də bu yarışda debütantıq, bunun da təsiri var. Bu qədər əziyyət çəkirik, adamın çəkdiyi əziyyətə heyfi gəlir. Eybi yox, bizim üçün böyük təcrübə oldu.

 

- Baş məşqçi oyundan sonra nə dedi?

- Heç nə. Yəqin ki, oyun indi qurtarıb ona görə sabah danışacaq.

 

- Bəs Rəşad epizodu ilə bağlı fikir bildirdimi?

- Rəşad da heç nə demədi. Bikef oturmuşdu.

 

- Son oyunda “Roma” ilə qarşılaşacaqsınız. Bu matç haqda nə düşünürsünüz?

- “Roma”yla oyuna itkilərlə çıxacağıq. Bədavi, Rəşad, Pedro kimi futbolçularımız bizə kömək edə bilməyəcək. Yenə də ümidimizi itirməmişik. Ən yaxşısını etməyə çalışacağıq.

 

Xəbər lenti