13 Dekabr 12:53 AFFA 3 klubu cəzalandırdı
FUTBOL xəbərləri 13 Dekabr 12:53
292 baxış

AFFA 3 klubu cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub. Nəticədə 3 klub cəzalanıb.

 

“Keşlə” – “Kəpəz” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimələnib.

 

“Zirə” – “Neftçi” oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri də eyni məbləğdə cərimə ödəyəcək.

 

“Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində meydandan qovulan Fərhad Vəliyev 1 oyun cəzalanıb, qonaqları 200 manat ziyana salıb.

 

Xəbər lenti