[b]Araz Abdullayev “Anortosis”də - FOTO[/b]
12.08.2017 - 23:55
[b]Araz Abdullayev “Anortosis”də - FOTO[/b]

Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin Kiprin "Anortosis" klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi icarə əsasında ada ölkəsində oynayacaq.

 

“Anortosis” həmyerlimizi müqavilə ilə məxsus olduğu "Qəbələ"dən 1 illik icarəyə götürüb. Bu barədə Famaqusta təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Artıq futbolçumuz yeni klubu ilə 1 illik icarə müqaviləsinə imza atıb.

 

Qeyd edək ki, Araz "Qəbələ"yə bu il transfer olunmuşdu. 25 yaşlı yarımmüdafiəçi karyerasının böyük hissəsini yetirməsi olduğu "Neftçi"də keçirib.

0