17 May 00:35 Avropa Liqasının qalibi “Atletiko” oldu!
FUTBOL xəbərləri 17 May 00:35
5911 baxış

Avropa Liqasının qalibi “Atletiko” oldu!

Avropa Liqasında final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib.

 

Lion şəhərində baş tutan həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gəlib.

 

Görüş ispanların asan qələbəsi ilə yekunlaşıb. Madrid klubu 3 cavabsız qolla kuboka sahib olub.

 

 

UEFA Avropa Liqası

Final

 

16 may

“Marsel” (Fransa) - “Atletiko” (İspaniya) - 0:3

Qollar: Qrizman, 21, 49, Qabi, 89

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Lion, “Park Olimpik Lion”

 

“Atletiko”: Yan Oblak, Dieqo Qodin, Koke, Antuan Qrizmann, Saul Nigyez, Anhel Korrea, Qabi (k), Vrsaljko, Dieqo Kosta, Lukas, Ximenes
Ehtiyat oyunçular: Verner, Felipe Luis, Tomas Partey, Fernando Torres, Saviç, Xuanfran, Qameyro

“Marsel”: Mandanda, Okampos, Sanson, Dmitri Payet (k), Sarr, Amavi, Luis Qustavo, Rami, Toven, Jermen, Angissa
Ehtiyat oyunçular: Pele, Sakai, Kamara, Rolando, Mitroqlu, Njye, Lopes

 

Xəbər lenti