[b]Azərbaycan Kubokunda ilk: Təyinat tarixə düşdü [/b]
25.05.2018 - 13:19
[b]Azərbaycan Kubokunda ilk: Təyinat tarixə düşdü [/b]

Azərbaycan kubokunun final oyunu Rauf Cabbarova tapşırılıb. Apasport.az saytının məlumatına görə, bu təyinatla mayın 28-də keçiriləcək “Keşlə” – “Qəbələ” matçında bir ilk qeydə alınacaq.

 

Cabbarovlar ölkə kuboku tarixinə final idarə edən ilk ailə kimi düşəcək. Belə ki, Raufun atası Gülağa Cabbarov da turnirin həlledici matçında fit çalıb.

 

Sabiq referi, sonradan həm Hakimlər Komitəsi, həm də Hakim-inspektorlar Komitəsində çalışmış ata Cabbarov 26 il öncə finalda iş başında olub. O, ilk Azərbaycan kubokunun həlledici matçında meydana “İnşaatçı” (Bakı) və “Kür” (Mingəçevir) komandalarını çıxarıb. 2:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi 1992-ci ildə keçirilən yarışın qalibi olub.

 

Qeyd edək ki, Rauf Cabbarov final idarə edən 15-ci hakim olacaq. Bunadək keçirilən 24 finalda ədaləti 14 referi qoruyub. Mütləq rekordçu Fariz Yusifov 4, Əliyar Ağayev, Vüsal Əliyev və Xaqani Məmmədov hərəyə 3, Tahir Süleymanov 2 belə görüşə çıxıbsa, digər 9 referi hərəyə 1 dəfə finala təyinat alıb.

0