[b]Bakıya yubileyə gələnlər[/b]
23.03.2018 - 11:35
[b]Bakıya yubileyə gələnlər[/b]

Bu gün keçiriləcək Azərbaycan – Belarus qarşılaşması qonaq komandanın bəzi oyunçuları üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Bakıdakı matç İqor Şitovun yığmada 55-ci qarşılaşması olacaq.

 

Bunun üçün onun meydana çıxması kifayətdi. İqor Staseviç 35-ci, Sergey Politeviç 25-ci matçın astanasındadı.

 

Üç oyunçu isə “10”a çatmaq imkanına malikdi. Aleksandr Qutor, Sergey Matveyçik və Denis Laptev indiyədək 9 dəfə milli forma geyinib.

 

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

0