[b]Beylin “Arsenal”a keçmək ehtimalı...[/b]
21.06.2018 - 11:33
[b]Beylin “Arsenal”a keçmək ehtimalı...[/b]

“Real”ın heyətində ardıcıl üçüncü dəfə Çempionlar Liqasının qalibi olan Qaret Beyl “Liverpul”la final matçının ardından oyun təcrübəsinin azlığından şikayətlənmişdi. Apasport.az saytının məlumatına görə, uelsli futbolçunun agenti Conatan Barnet müştərisinin gələcəyi haqqında danışıb.

 

Barnet Beylin mütəmadi olaraq forma geymək istədiyini bildirib: “Daha yaxşı mövsüm keçirmək istəyir. Daha çox oyun təcrübəsi qazanmaq niyyətindədi. Məncə, o, dünyadakı ən yaxşı 3-4 futbolçudan biridi. “Qızıl top”u qazanmaq fikri var. Bunu bacara bilər”.

 

Agent 28 yaşlı oyunçunun “Arsenal”da oynamaq şanslarını da dəyərləndirib: “Bir “Arsenal” azarkeşi kimi, onu “topçular”ın forması ilə görməkdən məmnun olaram. Ancaq bunun reallaşmaq ehtimalı mənim aya getmək ehtimalıma bərabərdi”.

 

Geridə qalan mövsümdə İspaniya La Liqasında 26 matçda meydana çıxan Qaret Beyl 16 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

0