[b]Dadaşov dublla kubok qazandırdı[/b]
22.05.2018 - 10:35
[b]Dadaşov dublla kubok qazandırdı[/b]

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Berlin “Dinamo”sunun heyətində son matçına çıxıb. Apasport.az saytının məlumatına görə, hücumçunun komandası Berlin kubokunun finalında “Berliner”lə üz-üzə gəlib.

 

Uzunmüddətli zədədən sonra sıraya dönən Rüfət final görüşünün də qəhrəmanı olub. IV Bundesliqada mövsümün bombardiri olan forvard 16 və 62-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atıb. O, yalnız 87-ci dəqiqədə əvəzlənib. 6428 azarkeşin izlədiyi görüşdə rəqibin gücü son dəqiqələrdə təsəlli qoluna çatıb – 2:1. Bununla da “Dinamo” Almaniya kubokuna vəsiqə qazanıb.

 

Rüfət Dadaşov isə “Dinamo”nu dubl və kubokla tərk edib. O, gələn mövsümdən III Bundesliqa təmsilçisi “Proyssen”in formasını geyinəcək.

0