[b]Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - FOTOSESSİYA[/b]
17.11.2017 - 11:59
[b]Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - FOTOSESSİYA[/b]

2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədi. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2020 Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Gillaume Poisson və Fan Zonalar üzrə menecer Tomas Qlurla görüşüb.

 

UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində Avro-2020 zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.
 

Qeyd edək ki, Avro-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

0